"Mançester Siti"yə 8 xal lazımdır

"Mançester Siti" bu mövsüm İngiltərə Premyer Liqasının qalibi olmağa yaxındır.

Newsport.az xəbər verir ki, 32-ci turda "Aston Villa"ya 2:1 hesabı ilə qalib gələn Mançester təmsilçisi çempion olmaq üçün qalan 5 oyunda 8 xal toplamalıdır. Bu vəziyyətdə, Pep Qvardiolanın baş məşqçisi olduğu komanda rəqiblərinin nəticələrindən asılı olmayaraq, çempionluğu rəsmiləşdirəcək.

77 xalı olan "Mançester Siti" ən yaxın izləyicisi "Mançester Yunayted"i 11 xal qabaqlayır.

Qeyd edək ki, "Mançester Siti" İngiltərə Premyer Liqasında qalan oyunlarını "Kristal Pelas" (səfərdə), "Çelsi" (evdə), "Nyukasl, "Brayton" (hər ikisi səfərdə) və "Everton"a (evdə) qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right