“Tottenhem”lə “Mançester Siti”dən qələbə

Bu gün futbol üzrə İngiltərə Premyer Liqasında əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib.
 
Newsport.az xəbər verir ki, əvvəlcə “Tottenhem” 29-cu turdan təxirə salınmış oyunda “Sauthempton”la qarşılaşıb. Üç qolun qeydə alındığı bu oyun London təmsilçisinin qələbəsiylə yekunlaşıb.
 
Lider “Mançester Siti” isə 32-ci tur çərçivəsində “Aston Villa”nın qonağı olub. Bu oyunda da qapılara üç qol vurulub. Sonda qələbəni “şəhərlilər” bayram ediblər.
 
İngiltərə Premyer Liqası
21 aprel
 
29-cu tur
 
Tottenhem – Sauthempton 2:1
Qol: Beyl, 60. Son, 90-pen – İnqs, 30.
 
32-ci tur
 
Aston Villa – Mançester Siti 1:2
Qol: Makqinn, 1 – Foden, 22. Rodri, 40.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right