“Borussiya”dan inamlı qələbə

Futbol üzrə Almaniya Bundesliqasında 30-cu turun oyunları keçirilib.
 
Newsport.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub. 
 
Dortmund “Borussiya”sı “Union Berlin”i məğlub yola salıb. Mönhenqladbax “Borussiya”sı isə “Hoffenhaym”la səfər oyunundan məğlubiyyətlə ayrılıb.
 
“Volfsburq” səfərdə “Ştutqart”a, “Maynts” da “Verder”ə qalib gəlib.
 
Turun “Herta” - “Frayburq” matçı meydan sahiblərinin heyətində koronavirusa yoluxma hallarının çox olması səbəbindən təxirə salınıb.
 
Almaniya Bundesliqası
30-cu tur
20 aprel
 
Köln – Leypsiq 2:1
Qol: Hektor, 46; 60 – Haydara, 59.
 
Bavariya – Bayer 2:0
Qol: Şupo-Motinq, 7. Kimmix, 13.
 
Arminiya – Şalke 1:0
Qol: Klos, 50.
 
Ayntraxt – Auqsburq 2:0
Qol: Hinteregger, 37. A.Silva, 58.
 
21 aprel
 
Ştutqart – Volfsburq 1:3
Qol: Kastro, 90+2 – Şlyager, 13. Veqorst, 29. Gerhardt, 65.
 
Hoffenhaym – Borussiya (Mönhenqladbax) 3:2
Qol: Kramariç, 49; 65. Bebu, 60 – Plea, 25. Lazaro, 45+1.
 
Verder – Maynts 0:1
Qol: Salai, 16.
 
Borussiya (Dortmund) – Union Berlin 2:0
Qol: Roys, 27. Gerreyro, 88.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right