“Beşiktaş”da ciddi itki mövsümü bitirə bilər

Türkiyənin “Beşiktaş” klubu ciddi itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, Super Liqa təmsilçisinin hücumçusu Vensan Abubakar sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Abubakar Türkiyə Super Liqasının 35-ci turunun “Sivasspor”la səfər matçında (0:0) zədələnib. “Beşiktaş”ın baş məşqçisi Sərgən Yalçın hücumçunun zədə səbəbindən mövsümün qalan hissəsini buraxa biləcəyini deyib.

“Beşiktaş” Super Liqada 73 xalla liderdir.

Abubakar bu mövsüm Super Liqada 26 oyunda 15 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right