Şənol Günəş Azərbaycan millisindən imtina edən futbolçunu yığmaya çağırır

Almaniyanın 2-ci Bundesliqa klubu "Darmştadt"ın futbolçusu Sərdar Dursun Türkiyə millisinə çağırıla bilər.

Newsport.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Şenol Günəş məlumat verib. 69 yaşlı mütəxəssis hücumçunu izlədiklərini deyib.

29 yaşlı forvard 2020-ci ilin iyulunda Türkiyə mətbuatına açıqlamasında Azərbaycan millisində oynamaq üçün təklif aldığını, lakin dəvəti qəbul etmədiyini söyləmişdi. Sərdar bu mövsüm keçirdiyi 32 oyunda 21 qol vurub, 8 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right