“Fənərbaxça”da şok itki

"Fənərbaxça" ciddi itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, qapıçı Altay Bayındır zədələnib.

Ötən gün məşq zamanı əlindən ağır xəsarət alan 23 yaşlı qolkiper bu gün tibbi müayinədən keçib. Biləyində sınıq aşkarlanan oyunçunun yaxın günlərdə əməliyyat olunacağı açıqlanıb. Onun təxminən 2-3 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilib. Gənc qolkiperin 4 oyunu Bakıda keçiriləcək Avropa çempionatını da buraxacağı gözlənilir. 

Xatırladaq ki, daha əvvəl Türkiyə millisinin və "Beşiktaş"ın hücumçusu Cenk Tosun zədələnərək, mövsümün vaxtından əvvəl başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right