“Əgər Ronaldo problemdirsə…”

“Yuventus”un futbolçusu Corco Kyellini komanda yoldaşı Kriştiano Ronaldoya ünvanlanan tənqidlərə münasibət bildirib.

Newsport.az xəbər verir ki, 36 yaşlı müdafiəçi “Sky Sports”a açıqlamasında deyib:

“Əgər Ronaldo problemdirsə, onda bu problemlərdən daha çoxunu görmək istəyərdim. Biz belə şeyləri yox, nə edə biləcəyimizi düşünməliyik. Çünki bu cür mövzular diqqət dağıdır”.

Qeyd edək ki, Ronaldonun Turin klubuna maddi cəhətdən əlavə yük olduğu, onun komandadan göndərilməsinin lazım gəldiyi kimi mövzular ictimaiyyət tərəfindən müzakirə edilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right