Alleqri “Yuventus”a şərt qoydu

“Yuventus”un sabiq baş məşqçisi Massimiliano Alleqrinin kluba qayıtmaq üçün şərtləri məlum olub.

Newsport.az xəbər verir ki, bu barədə “İl Giornale” məlumat yayıb. 53 yaşlı mütəxəssis Turin klubundan idman direktoru Fabio Paratiki və vitse-prezident Pavel Nedvedin istefaya göndərilməsini tələb edir. 2019-cu ildə Alleqrinin vəzifəsindən kənarkaşdırılmasında və Maurisio Sarrinin baş məşqçi təyin olunmasında sözügedən şəxslərin əməyi olub.

Qeyd edək ki, Alleqri 2014-cü ildən 2019-cu ilə qədər “ağ-qaralar” ilə işləyib. Komanda onun rəhbərliyi altında 5 dəfə A seriyasını, 4 dəfə İtaliya kubokunu və 2 dəfə də ölkə Superkubokunu qazanıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right