Kumandan istefa açıqlaması

“Barselona”nın baş məşqçisi Ronald Kuman mümkün istefası ilə bağlı suala cavab verib.

Newsport.az goal.com-a istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis deyib:

“Bu cür suallara cavab verməyim biraz qəribədir. Çünki 19 oyundur ki, məğlub olmurduq. Amma bir matçda uduzuruqsa, gələcəyim barədə danışmalıyam? Bəlkə də bunu belə qəbul etməliyəm. Müqaviləmin başa çatmasına hələ 1 il var. Burada işləmək üçün çox təzyiq olduğunu bilirəm və öhdəsindən gələ bilərəm. Müqaviləmin sonuna bir il qalsa da, “Atletik”ə qalib gəlsək və ya uduzsaq, nə olacağını bilirəm. Klub prezidenti ilə danışdım, o da mənə güvəndi”.

Qeyd edək ki, “Barselona”nın 19 oyunluq məğlubiyyətsizlik seriyası “Real”la görüşdə qırılıb. Kataloniya klubu əzəli rəqibinə 1:2 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right