"Düşündüyünüzdən daha güclüyük" - Şahruddindən açıqlama

"Səbail"lə dünən Premyer Liqanın oyunu zamanı kəllə və üzündən zədə alan "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev bununla bağlı paylaşım edib.

Newsport.az xəbər verir ki, özünün İnstaqram səhifəsində paylaşdığı şəkilə qapıçısı yazıb (rus dilində): "Əlhəmdülillah. Çox şey deyə bilərəm. Amma biz siz düşündüyünüzdən daha da güclüyük. Şükür Allaha".

Qeyd edək ki, "Qarabağ" klubunun mətbuat xidməti Şahruddinin durumu ilə bağlı yaydığı açıqlamada bildirib:

"Premyer Liqanın 23-cü turunda “Səbail”lə səfər matçının (1:1) 26-cı dəqiqəsində ciddi zədə alan qapıçımız Şahruddin Məhəmmədəliyev dərhal xəstəxanaya aparılıb.

 Burun, üz və kəllə nahiyəsindən xəsarət alan qapıçımıza 25 tikiş qoyulub.

 lkin müayinədən sonra Şahruddin Məhəmmədəliyevin ən azı 2-3 həftə yaşıl meydanlardan kənar qalacağı dəqiqləşib".

 
 
 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right