"Fənərbaxça"dan "Ştutqart"a

“Fənərbaxça” futbolçusu Ömər Faruk Beyaz karyerasını Almaniyada davam etdirəcək. 

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi “Ştutqart”la razılaşıb. 

Gənc oyunçu Bundesliqa klubu ilə 5 illik müqavilə imzalayıb. O, mövsümün sonunda - “Fənərbaxça” ilə sözləşməsi sona çatanda Almaniya klubuna keçəcək.

Qeyd edək ki, Beyaz bu mövsüm 3 matçda iştirak edib.

 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right