40 yaşında karyerasını bərpa etdi

2018-ci ildə futbolçu karyerasını bitirdiyini açıqlayan İngiltərə millisinin və “Çelsi”nin sabiq futbolçusu Co Koul yaşıl meydana qayıdıb.

Newsport.az xəbər verir ki,  o, İngiltərənin 11-ci divizion təmsilçisi “Belston” klubuna keçib. 40 yaşlı yarımmüdafiəçi yeni komandasında ilk oyununa da çıxıb. O, “Belston”un “Herfild Yunayted”i 2:1 hesabıyla məğlub etdiyi matçda iştirak edib.

Qeyd edək ki, Co Koul İngiltərədə “Çelsi”, “Liverpul”, “Vest Hem”, “Aston Villa” kimi klublarda çıxış edib. O, İngiltərə yığmasında 56 oyunda 10 qol vurub.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right