Romada da azarkeşlər stadionlara buraxılacaq

Romada AÇ-2020-nin oyunlarına azarkeşlər buraxılacaq.

 

Newsport.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina məlumat verib. O, hökumətdən bununla bağlı razılıq aldıqlarını bildirib. Qurum rəhbəri Romadakı Olimpiya Stadionunun 25 faiz doldurulacağını deyib.

 

Olimpiya stadionunun azarkeş tutumu 72 mindir.

 

Daha öncə Bakı, Sankt-Peterburq (Rusiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka) və Qlazqo (Şotlandiya) UEFA-ya azarkeşlərlə bağlı müsbət təminat verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right