"Çempionlar Liqasının qalibini nokauta saldıq" Neymar

PSJ-nin futbolçusu Neymar Çempionlar Liqasında “Bavariya”nı mübarizədən kənarlaşdıraraq yarımfinala adlamalarını şərh edib.

Newsport.az “RMC Sport” xəbər verir ki, 29 yaşlı hücumçu deyib: “Bu oyunda məğlub olmağımıza baxmayaraq, mən xoşbəxtəm. Biz çox gözəl komandaya qarşı oynayırdıq. Həmçinin biz də əla komandayıq və biz bu gün bunu göstərdik. Biz Çempionlar Liqasının son qalibini nokauta saldıq. Öz hədəfimizə nail olduq. İndi biz yarımfinalda daha güclü mübarizə aparmalıyıq. Mən xoşbəxtəm ki, biz yarımfinala çıxdıq. PSJ əla komandadır”.

Qeyd edək ki, PSJ ilk oyunda 3:2 hesablı qələbə qazanıb. Komanda cavab matçında 0:1 hesabı ilə uduzsa da, iki görüşün cəmində yarımfinala adlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right