Final matçının keçiriləcəyi stadion bəlli oldu

Futbol üzrə Türkiyə kubokunda 2020/21 mövsümünün final matçının vaxtı və yeri müəyyənləşib.
 
Newsport.az xəbər verir ki, həlledici oyun mayın 18-də İzmirdə keçiriləcək.
 
Final matçı “Göztəpə”nin ev oyunlarını keçirdiyi “Gürsel Aksel” stadionunda baş tutacaq. Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
 
Qeyd edək ki, bu mövsüm Türkiyə kubokunun finalında “Antalyaspor” və “Beşiktaş” klubları üz-üzə gələcək. Oyuna yerli vaxtla saat 20:45-də start veriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right