Yunanıstan yığmasının millimizlə oyun üçün heyəti

Futzal üzrə Azərbaycan millisi sabah Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu oyununu keçirəcək.
 
Newsport.az xəbər verir ki, komandamız bu dəfə turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan və ilk xalını bir neçə gün əvvəl Moldova ilə heç-heçə edərək əldə edən Yunanıstan yığması ilə qarşılaşacaq.
 
Bakı İdman Sarayında keçiriləcək oyuna saat 19:00-da start veriləcək və “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq. 
 
Oyunu Ukraynadan olan hakimlər idarə edəcək. Üçüncü referi və timekeeper isə həmyerlilərimiz olacaq.
 
Bu arada Yunanıstan yığması millimizlə oyunun hazırlığını aprelin 10-dan etibarən davam etdirir. Baş məşqçi Yannis Ziavas 16 futzalçıya dəvət göndərib. Bu gün Bakıya gələn rəqibimiz “Hyatt Regency” hotelində məskunlaşıb.
 
Məlumat üçün qeyd edək ki, Azərbaycan və Yunanıstan futzalçıları milli komanda səviyyəsində cəmi bir dəfə qarşılaşıblar. Belə ki, bu il fevralın 2-də Afinada keçirilmiş oyunda millimiz 3:0 hesabı ilə qələbə qazanıb.
 
Görüşü idarə edəcək hakimləri və rəqibin heyətini diqqətinizə çatdırırıq:
 
Hakimlər: Yaroslav Vovçok (Ukrayna), Yevgeni Hordiyenko (Ukrayna), Knyaz Əmiraslanov (Azərbaycan).
Timekeeper: Hikmət Qafarlı (Azərbaycan).
Hakim-inspektor: Andreas Demetriou (Kipr).
UEFA nümayəndəsi: Sergey Lisençuk (Ukrayna).
 
Yunanıstan yığmasının heyəti:
 
Qapıçılar: Dimitris Zervas (Doukas), Theofilou Dimitrios (AEK)
 
Oyunçular: Dimitrios Karavidas (Doukas), Çaralampos Stavrakopulos (Doukas), İoannis Delaportas (AEK), Gaifillias Apostolos (Panatinaikos), Andreas Tarnanidis (AEK), Antonios Kontogeorgis (Neo İkonio), Datis Marios (AEK), Spiridon Kondilatos (Doukas), Qusis Panagiotis (AEK), Dimitrios Karidas (AEK), Floros Axilleas (Doukas), Papakostas Spiridon (Panatinaikos) Qritzalis Spiridon (Hermes Painter), Mixalitsis Efthimios (AEK).




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right