İlkay Haaland haqda bunları dedi

"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan Çempionlar Liqasının 1/4 finalında Dortmund "Borussiya"sı ilə cavab oyunu öncəsi rəqib komandanın hücumçusu Erlinq Haaland haqda danışıb.

Newsport.az UEFA-nın sayına istinadən xəbər verir ki, o, norveçli oyunçu haqda müsbət fikirlər səsləndirib: “O, böyük  istedaddır, inanılmaz oyunçudur. Çox qol vurur, fiziki cəhətdən güclü, sürətli, hədəfə istiqamətlənmişdir. Zonaları görür və qarşılaşdığı hər rəqibini incidir.

İstər Bundesliqada, istərsə də Avropada statistikası onsuz da əladır. Çox gənc olması Haalandın böyük bir gələcəyin gözlədiyini göstərir. Onu şəxsən tanımıram, amma görünən odur ki, zirvəyə qalxmaq üçün düzgün münasibəti var".

Qeyd edək ki,  "Borussiya" - "Mançester Siti" görüşü sabah keçiriləcək. Bu komandalar arasında ilk matçda İngiltərə təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right