Romadan Avro-2020-yə ev sahibliyi alına bilər

Roma şəhəri Avro-2020-yə ev sahibliyindən məhrum edilə bilər.

Newsport.az “Sport Mediaset”ə istinadən xəbər verir ki,  buna səbəb ölkənin oyunlara azarkeş qəbul edəcəyinə təminat verməməsidir. UEFA Avro-2020-yə ev sahibliyi edəcək 12 şəhərin hər birindən matçların keçiriləcəyi stadionlardakı tribunaların 25 faizi tutumunda azarkeş buraxılacağına təminat verməyi tələb edir. Roma isə hələlik Olimpiya stadionunda bunu  bacarmayıb. Ona görə də şəhər ev sahibliyindən məhrum edilə bilər. İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qavina artıq ölkənin baş naziri Mario Draqiyə müraciət edib. O, baş nazirdən ölkədəki vəziyyətin çətinliyinə baxmayaraq, UEFA-ya təminat verə bilmək üçün hər cür səy göstərməsini xahiş edib.

Roma da daxil olmaqla digər problem yaşayan şəhərlərin UEFA-ya təsdiq göndərməsi üçün son tarix aprelin 16-sıdır.

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası səbəbindən bu il 11 iyun - 11 iyula təxirə salınıb. Yarışa  ev sahibliyi edəcək 12 şəhərdən artıq 8-i azarkeşlərlə bağlı UEFA-ya təminat verib. Bunlar Bakı, Amsterdam, Budapeşt,  Buxarest, Qlazqo, Kopenhagen, London və Sankt-Peterburq şəhərləridir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right