Laporta Aqueronu istəyir

"Mançester Siti"nin futbolçusu Serxio Aquero karyerasını "Barselona"da davam etdirə bilər.

Newsport.az xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb. Bildirilib ki, klubun prezidenti Joan Laporta hələ seçkilərdə qalib gəlmədən əvvəl futbolçu ilə müqavilə imzalanmasına şəxsən maraqlı olub.

Tərəflər hələ heç bir danışıq aparmayıblar, lakin Kataloniya təmsilçisinin nümayəndələri Aquerodan Messi ilə eyni klubda oynamaq istəyi barədə soruşmaq niyyətindədirlər.

Xatırladaq ki, 32 yaşlı futbolçu bu mövsümün sonunda "Mançester Siti"dən azad agent kimi ayrılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right