Sulşerin oğlu Mourinyonun cavabını verdi

“Mançester Yunayted”in baş məşqçisi Ole Qunnar Sulşerin oğlu Noah Sulşer “Tottenhem”in çalışdırıcısı Joze Mourinyonun onun atasına verdiyi reaksiya haqqında danışıb.

Newsport.az xəbər verir ki, Sulşer Premyer Liqanın son turunda “Tottenhem”ə qalib gəldikləri matçdan (3:1) sonra Kavaninin qolunun ləğv edildiyi epizodu şərh edərkən, rəqibin futbolçusu Son Hın Minlə bağlı deyib: “Əgər Son mənim oğlum olsaydı və o, üç dəqiqə qazonda qalıb, 10 yoldaşın köməyi olmadan ayağa qalxa bilməsəydi, mən onu axşam yeməyindən məhrum edərdim”.

Mourinyo isə Sulşerin sözlərinə belə reaksiya vermişdi: “Sadəcə, demək istəyirəm ki, Son çox şanslıdır. Çünki onun atası Sulşerdən daha yaxşıdır. Mən də atayam. Düşünürəm ki, oğullar nə etsələr də, hər zaman atalar uşaqlarını bəsləməlidirlər. Övladlarınızı qidalandırmaq üçün oğurluq etməlisinizsə, edəcəksiniz”

Sulşerin oğlu Noah isə “Dogbladet”ə  açıqlamasında Mourinyonun bu fikirlərinə cavab verib. 20 yaşlı yarımmüdafiəçi deyib: “Bazar günü deyilənlərə güldüm. Hamını əmin edə bilərəm ki, mən həmişə bəslənirəm. Bəli, məşqdə məndən həmişə yemək yeyib-yemədiyimi soruşdular. Mourinyo isə diqqətləri məğlub olduqları faktından yayındırmağa çalışırdı”.

Qeyd edək ki, Noah Sulşer Norveçin “Kristiansund” klubunda çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right