Peres yenidən prezident oldu

Florentino Peres yenidən "Real"ın preizidenti seçilib.

Newsport.az AS-a istinadən xəbər verir ki, 74 yaşlı funksionerdən başqa şəxs namizədlik irəli sürmədiyi üçün o, avtomatik prezident olub. Peres 2025-ci ilədək bu vəzifəni icra edəcək. Həmçinin Peres “Real”ın büdcəsinə 124 milyon avro (klub büdcəsinin 15 faizi) gəlir gələcəyinə zəmanət verən yeganə şəxs olub.

Qeyd edək ki, Peres ilk dəfə 2000-ci ildə Madrid təmsilçisinin prezidenti seçilib. O, 2006-cı ildə işindən ayrılsa da, 2009-cu ildə yenidən bu vəzifəyə qayıdıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right