Bundesliqa klubu baş məşqçisini istefaya göndərdi

Almaniyanın “Köln” klubunda baş məşqçi Markus Qisdol istefaya göndərilib.
 
Newsport.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Qisdolun istefaya göndərilməsinə səbəb komandanın uğursuz çıxışı olub. “Köln” Bundesliqada ardıcıl 8 oyundur ki, qələbə qazana bilmir.
 
Qisdol 2019-cu ilin noyabrından “Köln”ü çalışdırırdı.
 
“Köln” hazırda Bundesliqada 23 xalla 17-ci sıradadır.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right