Poçettino: “Avropanın ən yaxşı komandasına qarşı oynadıq”

PSJ-nin baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasında “Bavariya”nı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, argentinalı mütəxəssis, 3:2 hesabıyla qələbə qazandıqları matçı belə şərh edib:

“Nəticədən razıyam. Komandam çətin vəziyyətdə olsa da, özünü yaxşı tərəfdən göstərməyi bacardı. Avropanın ən yaxşı komandasına qarşı oynadıq. Futbolçularımı əla performanslarına görə təbrik edirəm.

“Bavariya” ilə cavab oyununda daha yaxşı olmalıyıq. İlk oyun minimal hesablı üstünlüyümüzlə yekunlaşdı. Cavab matçı çox çətin olacaq. Diqqətli olmalı və üstünlüyümüzü qorumalıyıq”.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah