Pikenin son durumu

"Barselona"nın futbolçusu Jerar Pike La Liqanın 30-cu turunda "Real"la matçı böyük ehtimalla buraxacaq.

Newsport.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb. Bildirilib ki, ispan müdafiəçi komanda ilə ümumi məşqlərdə iştirak etməsinə baxmayaraq, hələ də dizində ağrılar hiss edir. Buna görə onun "El Klassiko"da oynaması mümkünsüz hesab edilir. Pikenin adının görüş üçün iştirak ərizəsinə daxil olub-olmaması həkimlərin qərarından asılıdır.

Qeyd edək ki, aprelin 10-u keçiriləcək sözügedən görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah