"Mançester Siti" iki futbolçusu ilə danışıqlar aparır

"Mançester Siti" Kevin de Brüynedən sonra daha iki futbolçusu ilə müqavilənin müddətini uzatmaq istəyir.

Newsport.az "Eurosport"a istinadən xəbər verir ki, İngiltərə təmsilçisi yarımmüdafiəçilər Rahim Sterlinq və Fil Fodenlə bu mövsümün sonuna kimi yeni müqavilə imzalamağı planlaşdırır. Foden ilə danışıqların Sterlinqlə müqayisədə daha asan keçdiyi bildirilir. Klubun onlara yaxşılaşdırılmış şərtlər təklif etdiyi vurğulanıb.

Qeyd edək ki, Sterlinqlə müqavilə 2023-cü il, Fodenlə 2024-cü ilin yayında başa çatacaq.

 
 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah