Mbappe Çempionlar Liqasında rekord vurdu

Çempionlar Liqasının 1/4 finalının ilk oyununda “Bavariya” PSJ ilə qarşılaşdı. Newsport.az xəbər verir ki, Münhendəki “Alyans Arena”da baş tutan oyunda fransızlar 3:2 hesablı qələbə qazandı. Paris təmsilçisinin heyətində Kilian Mbappe dubl etdi, digər qolu Markinyos vurdu. Meydan sahiblərindən isə Erik Şupo-Motinq və Tomas Müller fərqləndi.

UEFA-nın tvitlərinə görə, Mbappe bu qarşılaşmada Çempionlar Liqası rekordu vurdu. O, bu turnirin 1/8 və 1/4 finalında bir mövsümdə 5 qol vuran ilk futbolçu oldu.

PSJ və “Bavariya” arasındakı cavab görüşü aprelin 13-də Parisdə baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right