Qonaqların günü: Almaniyada 5, İspaniyada 2 qol

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
 
Newsport.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
 
ÇL-in son qalibi “Bavariya” doğma meydanda PSJ-ni qəbul edib. Beş qolun qeydə alındığı bu oyun qonaqların qələbəsiylə yekunlaşıb. 
 
1/8 final mərhələsində “Yuventus”u mübarizədən kənarlaşdıran Portuqaliyanın “Portu” klubu isə “Çelsi”si ilə qarşılaşıb. London təmsilçisi səfərdə inamlı qələbəyə sevinib.
 
Xatırladaq ki, ilk oyun günündə “Mançester Siti” (İngiltərə) “Borussiya”ya (Dortmund, Almaniya) 2:1, “Real” (İspaniya) “Liverpul”a (İngiltərə) 3:1 hesabıyla qalib gəlib.
 
UEFA Çempionlar Liqası
1/4 finalın ilk oyunları
7 aprel
 
Bavariya (Almaniya) – PSJ (Fransa) 2:3
Qol: Şupo-Motinq, 37. Müller, 60 – Mbappe, 3; 68. Markinyos, 28.


Bavariya: Noyer, Hernandes, Alaba, Sule, Pavar, Kimmix, Qoretska, Koman, Müller, Sane, Şupo-Motinq.
PSJ: Navas, Daqba, Markinyos, Kimpembe, Diallo, Danilo, Qeye, Di Mariya, Neymar, Draksler, Mbappe.
 
Portu (Portuqaliya) – Çelsi (İngiltərə) 0:2
Qol: Maunt, 32. Çiluell, 85.
 
Portu: Marçesin, Sanusi, Pepe, Mbemba, Manafa, Otavio, Uribe, Qruyiç, Korona, Luis Dias, Mareqa.
Çelsi: Mendi, Rudiger, Kristensen, Aspilikueta, Çiluell, Kovaçiç, Jorjinyo, Ceyms, Verner, Haverts, Maunt.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah