Messi üçün xüsusi hədiyyə FOTOLAR

“Barselona”nın kapitanı Lionel Messi İspaniya La Liqasının 29-cu turunda “Valyadolid”lə oyundan əvvəl xoş sürprizlə qarşılaşıb.

Newsport.az-ın məlumatına görə, komanda yoldaşları Kataloniya klubunda ən çox oyun keçirmə rekorduna görə argentinalı hücumçuya xüsusi forma təqdim ediblər. Bu, Messinin debüt etdiyi 2004-2005 mövsümündə geyindiyi formadır. Onun üzərində “Barselona”ın əfsanəvi futbolçularının imzası var.

Messi əvvəlcə komanda yoldaşları, sonra isə ailəsi birgə ona hədiyyə olunan forma ilə şəkil çəkdirib.

Xatırladaq ki, Messi martın 21-də La Liqanın 28-ci turunda “Real Sosyedad”la matçda “Barselona”da 767-ci oyununa çıxaraq komandanın sabiq futbolçusu Xavinin (766) rekordunu qırıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah