Serbiya yığmasının Azərbaycanla oyuna heyəti açıqlandı

Serbiya yığmasının dünya çempionatının seçmə mərhələsində Azərbaycanla keçirəcəyi oyun üçün heyəti açıqlayıb. Newsport.az xəbər verir ki, baş məşqçi Draqan Stoykoviç 30 futbolçuya dəvət göndərib. Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 15-i yarımmüdafiəçi, 4-ü hücumçudu.
 
Qapıçılar: Predraq Raykoviç ("Renn", Fransa), Marko Dmitroviç ("Eybar", İspaniya), Borçe Nikoliç ("Bazel", İsveçrə)
Müdafiəçilər: Stefan Mitroviç ("Strazburq", Fransa), Nikola Milenkoviç ("Fiorentina", İtaliya), Uroş Spayiç ("Feyenor", Niderland), Miloş Velkoviç ("Verder", Almaniya), Straxinya Pavloviç ("Serkl", Belçika), Marko Petkoviç (TSC), Milan Qayiç “Srvena Zvezda”, Filip Mladenoviç ("Legiya", Polşa)
Yarımmüdafiəçilər: Mixailo Ristiç ("Monpelye", Fransa), Saşa Lukiç ("Torino", İtaliya), Uroş Raçiç ("Valensiya"), Nemanya Maksimoviç ("Xetafe", İspaniya), Nemanya Qudel ("Sevilya", İspaniya), Nemanya Radonyiç ("Herta", Almaniya), Duşan Tadiç ("Ayaks", Niderland), Nenad Krstiçiç (AEK, Yunanıstan), Sergey Milinkoviç-Saviç ("Latsio", İtaliya), Filip Curiçiç ("Sassuolo", İtaliya), Darko Lazoviç ("Verona", İtaliya), Marko Qruyiç ("Portu", Portuqaliya), İvan İliç ("Verona", İtaliya), Andriya Jivkoviç (PAOK, Yunanıstan), Filip Kostiç ("Ayntraxt" Frankfurt, Almaniya)
Hücumçular: Aleksandar Mitroviç ("Fulhem", İngiltərə), Luka Yoviç ("Ayntraxt" Frankfurt, Almaniya), Duşan Vlaxoviç ("Fiorentina", İtaliya), Corce Despotoviç ("Rubin", Rusiya).
 
Qeyd edək ki, Azərbaycan - Serbiya matçı martın 30-da olacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right