"Mançester Yunayted" pandemiyaya görə kredit götürdü

İngiltərənin "Mançester Yunayted" klubu koronavirus pandemiyası dövründə xalis borcunun artması fonunda 60 milyon funt sterlinq (təxminən 70 milyon avro) kredit götürüb.

Newsport.az "The Guardian"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın borcu 455,5 milyon funt sterlinqdir.

Klub 200 milyon funtluq kredit limitinin 60 milyonundan istifa edib. Klubun 2020-ci ilin son 3 ayında gəliri 2,6 faiz artaraq 172,8 milyon funt olub.

Qeyd edək ki, "Mançester Yunayted" 2020-ci il mayında 140 milyon funt sterlinq borc alıb. Klub bu məbləği yay transfer dönəmində futbolçu almaq üçün istifadə edib.





Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah