Hamşik klubunu dəyişir

Çinin “Dalyan İfan” klubunda çıxış edən Marek Hamşik komandadan ayrılacaq.

Newsport.az ESPN-ə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi klubla müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edəcək. Slovakiyalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək.

Onun “Slovan”la müqavilə imzalayacağı bildirilir. Artıq tərəflərin hərtərəfli razılığa gəldikləri qeyd olunub. 

Hamşik 2007-2019-cu illər aralığında “Napoli”də çıxış edib. Slovakiya millisinin kapitanı 2019-cu ildə Çin klubuna keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right