Bruno Fernandes millimizlə oyunu buraxa bilər

İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçisi Ole-Qunnar Sulşer futbolçusu Bruno Fernandesi Portuqaliya yığmasının düşərgəsinə buraxmaq istəmir. Newsport.az xəbər verir ki, bu barədə norveçli mütəxəssis, “Manchester Evening News” saytına açıqlamasında deyib:
 
“Hələ bu barədə tam danışmamışıq, lakin 10 günlük karantində qalacağı üçün futbolçumuzu itirməyimiz mənasızdır. Futbolçunun pulunu verən bizik. Fernandesin növbəti oyunlarımıza hazır olmasını istəyirik”.
 
Portuqaliya yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində ilk oyununu Azərbaycan yığmasına qarşı keçirəcək. Görüş koronavirus pandemiyasına görə İtaliyada – Turin şəhərində oynanılacaq. Portuqaliya – Azərbaycan matçı martın 24-də keçiriləcək.
 
Portuqaliya yığması Azərbaycan millisindən sonra Serbiya və Lüksemburqla səfərdə qarşılaşacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right