Premyer Liqa klubunun iki hücumçusu sıradan çıxdı

İngiltərənin “Nyukasl” klubu iki ciddi itki ilə üzləşib.
 
Newsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin paraqvaylı forvardı Migel Almironla fransız hücumçusu Allan Sen-Maksimen sıradan çıxıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu ətraflı tibbi müayinədən keçirildikdən sonra onların bir müddət məcburi istirahət edəcəyi müəyyənləşib. Belə ki, Almironla Sen-Maksimenin zədəsini sağaltması aprelin əvvəlinə kimi davam edəcək. Bir sözlə, onların sıraya dönməsi gələn ayın ortalarına qədər çəkəcək.
 
“Nyukasl” bu müddətdə “Vest Bromviç”, “Aston Villa” və “Brayton”la qarşılaşacaq. Sözügedən komanda bu mövsüm Premyer Liqada 26 oyuna topladığı 26 xalla 17-ci pillədə qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right