"Ümid edirəm ki, "Milan" çempion olacaq" Karlo Ançelotti

"Everton"un baş məşqçisi Karlo Ançelotti İtaliya A seriyasındakı çempionluq yarışı haqda fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, 61 yaşlı mütəxəssis "Footbal Italia"ya açıqlamasında sabiq komandası "Milan"ın çempion olacağına ümid etdiyini deyib:

"İnter" yaxşı tempdə gedir. Ancaq ümid edirəm ki, çempion "Milan" olacaq. Qorxuram ki, dostum Antonio Konte bu fikrimlə razılaşmasın".


"İnter" 24 oyuna 56 xalla lider, "Milan" isə 25 oyuna 53 xalla 2-cidir.

Qeyd edək ki, Ançelotti 2001-2009-cu illərdə "Milan"ı çalışdırıb. Komanda onun rəhbərliyi altında 1 dəfə A seriyasının, 2 dəfə isə Çempionlar Liqasının qalibi olub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right