"Bunu sübut edəcəyik" - Klopp

"Liverpul"un baş məşqçisi Yurgen Klopp bu mövsüm azarkeşlərin komandanın uğursuzluqlarına reaksiyasından danışıb.

Newsport.az-ın məlumatına görə, 53 yaşlı mütəxəssis deyib:

"Problem futbolun nəticələrlə bağlı olmasıdır. İndi insanlar əvvəlkindən daha yaxşı olmayan nəticələri görmək istəmirlər.

15 və ya 20 matçda qalib gəlsək, insanlar məni dinləyər və "Aman tanrım, necə gözəl sözlər deyir" deyə danışarlar.

Bu cür şeylər problem deyil. Mən buna cavabdehəm. Nəinki indi, sonrakı bir neçə ildə də. Ona görə də bu zamandan az da olsa fayda götürməmiş keçməsinə icazə verməyəcəyik. Hələ də çətin vəziyyətdə olduğumuz üçün bunu sübut edə bilmərik. Amma bir az sonra sübut edəcəyik. Görək, mövsüm necə bitir. Hələ Çempionlar Liqasında da mübarizə aparırıq. Bəzi şeylər edə bilərik".

Qeyd edək ki, "Liverpul" Premyer Liqanın turnir cədvəlində 43 xalla 6-cıdır. Komanda Çempionlar Liqasının 1/8 finalının cavab görüşləri çərçivəsində martın 10-u "Leyptsiq"i qəbul edəcək. Tərəflər arasında ilk matç "Liverpul"un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right