"Barselona"dan 119 illik rekord

İspaniya kubokunun yarımfinalında “Sevilya”nı məğlub edərək finala yüksələn “Barselona” turnirin tarixinə düşüb.

Newsport.az-ın məlumatına görə, Kataloniya təmsilçisi son 13 mövsümdə 10-cu dəfə finala vəsiqə qazanıb. Bu, turnirin tarixində rekord göstəricidir. 119 ildir keçirilən İspaniya kubokunda heç bir klub 13 mövsümə 10 dəfə finala yüksələ bilməmişdi.

Xatırladaq ki, ilk oyunda səfərdə “Sevilya”ya 0:2 hesabıyla uduzan “Barselona” cavab matçında 3:0 qələbə qazanaraq, adını finala yazdırıb. Ronald Kumanın komandası həlledici matçda “Levante” – “Atletik” cütünün qalibi ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right