"Gələn mövsümdən bütün titullar üçün mübarizə aparacağıq"

"Çelsi"nin baş məşqçisi Tomas Tuhel klubun növbəti mövsüm üçün planlarından danışıb.

Newsport.az EPSN-ə istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis komandasının bütün titullar üçün mübarizə aparacağını deyib:

"Bəzən reallığı qiymətləndirmək və boşluqları tez bir zamanda aradan qaldırmaq faydalıdır. Bəs, "Mançester Siti" boşluqları aradan qaldıra biləcək? Düşünürəm ki, bu, mümkün deyil. Gələn mövsüm hamı sıfırdan başlayacaq. İdmanda anı yaxaladığınız təqdirdə ən yaxşı ola bilərsiniz. Əlimizdən gələni etmək istəyirik. İndi "Çelsi" ilk 4 yerdən birini tutmaq üçün çalışır. Amma gələn mövsümdən etibarən bütün tutullar uğrunda mübarizə aparacağıq".

Qeyd edək ki, "Çelsi" hazırda turnir cədvəlində 44 xalla 5-ci yerdə qərarlaşır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right