“Liverpul” - “Leypsiq” görüşünün yeri müəyyənləşdi

Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Liverpul” - “Leypsiq” görüşünün yeri müəyyənləşib.

Newsport.az xəbər verir ki, bu komandalar arasındakı cavab qarşılaşması da Macarıstanda baş tutacaq. Oyunun öncədən martın 10-da “Enfild”də baş tutacağı bildirilsə də, UEFA yenə Budapeşdəki “Puşkas Arena”ya  üstünlük verib.   

Qeyd edək ki, komandalar arasındakı ilk oyunda ingilislər Məhəmməd Salah və Sadio Manenin vurduğu qollarla 2:0 hesablı qələbə qazanmışdılar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right