Terimdən Cüneyt Çakıra sərt tənqid

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim beynəlxalq dərəcəli hakim  Cüneyt Çakırı sərt tənqid edib.

Newsport.az xəbər verir ki, 67 yaşlı mütəxəssis bu barədə Superliqanın 28-ci turunda "Ankaragücü"nə uduzduqları matçdan (1:2) sonra keçirilən mətbuat konfransında danışıb. Təcrübəli çalışdırıcı həmin görüşdə VAR hakimi funksiyasını icra edən Çakır haqqında deyib:

"Topun futbolçunun əlinə dəyməsi əvvəllər "Beşiktaş"ın futbolçusu Domaqoy Vidada da olmuşdu. Biz penalti tələb edəndə Cüneyt Çakır vəziyyəti o qədər gözəl başa saldı ki, az qala üzr istəyəcəkdik. İndi özü də VAR hakimidir. Amma hər hansı bir fikir bildirmədi.

Ən kritik yerdə qırmızı vərəqə aldıq. Bu vuruşa dirsək deyirsinizsə, çox futbolçu atılmalıdır. Bu cürə oyun oynanılmaz. Rəqib Mustafa Mohammedin dirsəyinə doğru başı ilə vurur.  Mohammedə "Fənərbaxça" ilə oyunda son dəqiqədə Caner Erkinin dirsəklə vurmasına baxın. Qırmızı vərəqə var? Yoxdur. Açıqlama olaraq isə şiddət yetərli deyil.

İstədiyiniz kimi təqdim edin, qərar verin. Deməli, Türkiyədə VAR hakimi deyilən bir şey yoxdur. Cüneyt Çakır 2 gün əvvəl qalmaqallı qərar verir, sonra yenidən VAR hakimi olur. Möhtəşəm bir VAR hakimidir!

Qol vursaydıq, qəbul edərdilər, bunu belə bilmirəm. Özümüz özümüzə qol vursaydıq deyirik. "Ankaragücü"nün mübarizəsinə bir söz demirəm. Amma bundan sonra mən də matçlardan sonra hakimlər haqda fikir bildirəcəyəm. Mümkünsə cəza almadan və ağılabatan bir şəkildə. Onsuz da hazır gözləyirlər ki, necə edək,  cəzalandıraq. İndi bu cürə nümunələrə 1 oyunluq cəza verildi.

Mohammedin cəzası ilə bağlı gedişatı izləyəcəyik. Deyiləcək o qədər çox şey var ki... Bundan sonra ad və soy ad çəkəcəyəm. Heç sevmədiyim bir işdir".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah