“Barselona” əzmkar qələbə ilə finala yüksəldi

Futbol üzrə İspaniya kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.
 
Newsport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
 
“Sevilya” səfərdə “Barselona” ilə qarşılaşıb. İlk oyunda iki cavabsız qolla uduzmuş Kataloniya təmsilçisi cavab görüşündə bu topların əvəzini çıxmağı bacarıb. Qalib isə əlavə vaxtda müəyyənləşib. Əlavə vaxtda daha bir qol vuran “Barselona” ilk finalçı olub.
 
Digər finalçının adına “Levante” - “Atletik” görüşündə aydınlıq gələcək.
 
İspaniya kuboku
Yarımfinalın cavab oyunları
3 mart
 
Barselona - Sevilya 3:0 (ilk oyun 0:2)
Qol: Dembele, 12. Pike, 90+4. Breytveyt, 95.
 
4 mart
 
23:00. Levante – Atletik (1:1)




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right