Toni Kroosdan yeni rekord

“Real”ın futbolçusu Toni Kroos yeni rekorda imza atıb.
 

Newsport.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi buna La Liqanın 25-ci turunda "Real Soysedad"la matçda iştirak etməklə nail olub. O, "kral klubu"nun heyətində 309-cu görüşünü keçirib. Beləliklə, o, Madrid təmsilçisində ən çox oyun keçirən alman futbolçu adını qazanıb. 

Bundan əvvəlki rekord 308 oyun keçirən yarımmüdafiəçi Uli Ştilikeyə məxsus idi.
 
Qeyd edək ki, Kroos 2014-cü ildən “Real”da çıxış edir. O, bu görüşlərdə rəqib qapılarından 21 top keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right