Britaniya hökuməti “Avro-2020”ni təkbaşına qəbul etmək niyyətində olmaları ilə bağlı xəbərləri təsdiqləyib.
Newsport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Baş nazir Boris Conson bildirib ki, ölkəsi qrup, pley-off görüşləri, yarımfinal və final oyunlarını qəbul etməyə hazırdır. “Biz turnirin bütün matçlarını qəbul etməyi təklif edirik. Bu istəyimizə UEFA-ya da bildirmişik. Düşünürük ki, onlar ən doğru qərarı verəcəklər” – deyə Conson vurğulayıb.
Qeyd edək ki, “Avro-2020”nin matçları Bakı da daxil olmaqla Avropanın 12 şəhərində keçirilməlidir.
Britaniya hökuməti azarkeşləri tribunalara digər ölkələrdən daha tez - mayın 17-dən sonra buraxacağını açıqlayıb. Onlar bunu əsas gətirərək çempionata tək ev sahibliyi etmək istəyir.