Neymar "Barselona"ya qarşı oynayacaq?

PSJ-nin zədəli futbolçusu Neymar Çempionlar Liqasının 1/8 finalında “Barselona” ilə keçiriləcək cavab oyununda da iştirak etməyəcək.

Newsport.az “FrencFootballNews”a istinadən xəbər verir ki, hələ də fərdi məşq edən braziliyalı hücumçunun zədəsi tam sağalmayıb.

Fevralın əvvəllərində Fransa kubokunun 1/32 finalında "Kan"la matçda ayaq əzələsindən zədə alan futbolçu artıq bir neçə oyunu, eləcə də “Barselona” ilə “Nou Kamp”da keçirilən ilk matçı (4:1) buraxıb.

Qeyd edək ki, PSJ - "Barselona" görüşü martın 10-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right