Bundesliqa klubunda yeni baş məşqçi

Almaniyanın “Arminiya” klubunun yeni baş məşqçisi bəlli olub.
 
Newsport.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Frank Kramer çalışdıracaq.
 
Bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb. 49 yaşlı mütəxəsislə müddəti 2023-cu ilin yayına qədər olan müqavilə imzalanıb.
 
Frank Kramer bu postda ötən gün istefaya göndərilmiş Uve Noyhausu əvəz edib. Onun istefasına komandanın cari mövsümdəki uğursuz nəticələri səbəb olub.
 
Bilefeld təmsilçisi bu mövsüm Bundesliqa çərçivəsində 22 oyuna cəmi 18 xal toplaya bilib və 18 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right