“Tottenhem” Son Hın Min və Harri Keynlə müqaviləsini yeniləmək niyyətindədir.
Newsport.az xəbər verir ki, bu barədə məşhur idman jurnalisti Nikolo Skira məlumat yayıb. London klubunun hər iki hücumçu ilə sözləşməsinin 2025-ci ilədək uzatmaq üçün danışıqlara başladığı bildirilib.
Qeyd edək ki, Son Hın Min bu mövsüm 37 matça çıxaraq, 18 qol vurub və 9 qolun ötürməsini verib. Harri Keyn isə 34 oyunda 22 qol vurub və 13 qolun ötürməsini verib.