Premyer Liqada anti-rekord təkrarlandı

Ötən gün İngiltərə Premyer Liqasında anti-rekord təkrarlanıb.

Newsport.az “Opta”ya istinadən xəbər verir ki, buna “Şeffild Yunayted” 26-cı turda “Liverpul”a uduzmaqla imza atıb (0:2). Komanda bu mövsüm çempionatda 21-ci məğlubiyyətini alıb. Bu say isə ən yüksək göstərici hesab edilir. Beləliklə, “Şeffild Yunayted” “Nyuport Kaunti”nin 1970-71-ci ilər mövsümündəki anti-rekordunu təkrarlayıb.

Qeyd edək ki, “Şeffild Yunayted” hazırda turnir cədvəlində 11 xalla sonuncudur.

 
 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah