Son 10 ilin ən pis "Yuventus"u

“Yuventus” son 10 il ərzində ən pis dövrünü keçirir.

Newsport.az goal.com-a istinadən xəbər verir ki, son 9 ilin dəyişməyən çempionu olan Turin təmsilçisi bu mövsüm cəmi 46 xal toplayıb. Andrea Pirlonun çalışdırdığı komanda lider “İnter”dən düz 10 xal geri qalır. Bu isə geridə qalan 10 ilin ən pis nəticəsidir.

Həmçinin “Yuventus” çıxdığı 23 matçdan cəmi 13-də qalib gəlib. Komanda ötən mövsüm bu müddət ərzində Maurisyo Sarrinin baş məşqçiliyi altında 54 xal toplamışdı və lider idi.

“Yuventus”un son 10 ildəki ən yaxşı nəticəsi isə Massimiliano Alleqrinin dövründə qeydə alınıb. “Qoca sinyora” 23 oyundan sonra 63 xal toplamışdı və ən yaxın izləyicisi “Napoli”ni 11 xal qabaqlayırdı.

“Yuventus”un son 10 ildəki 23 turdan sonra göstərdiyi nəticələri təqdim edirik.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah