“Real” kritik anlarda necə qazanacağını bilir"

“Real”ın baş məşqçisi Zinəddin Zidan komandasının durumundan danışıb.

Newsport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis bu barədə “Marca”ya açıqlama verib. O deyib:

“Real” kritik anlarda necə qazanacağını  bilir. Mövsüm boyunca çətinliklər olduğunu və olacağını bilirik. Amma həmişə müsbət tərəflər də var. Qarşıda hələ çox matça çıxacağıq. Gündən-günə yaşayırıq. Arxaya baxmağın mənası yoxdur. Yalnız narahatlığımız növbəti matçlara görədir.

Keçmiş uğursuzluqlarla bağlı heç nə edə bilmərik. İndi bir çox oyunçumuz bərpa vəziyyətindən keçir. Mənim üçün ən vacib olan oyunçuların sədaqətidir. Bütün kuboklara baxmayaraq, hər növbəti matçı səbirsizliklə gözləməyə davam edirlər”.

Qeyd edək ki, “Real” hazırda La Liqanın turnir cədvəlində 52 xalla 3-cüdür.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah