"Liverpul" 7000-ə çatdı

İngiltərə Premyer Liqasının 2-cı turunda “Şeffild Yunayted”lə matç “Liverpul” üçün əlamətdar olub.

Newsport.az “Opta”ya istinadən xəbər verir ki, görüşdə 2:0 hesablı qələbə qazanan komandanın klub tarixində yerli çempionatakı 7000-ci qolu vurulub.

“Şeffild Yunayted”in futbolçusu Kin Brayan avtoqola imza atıb. O, 64-cü dəqiqədə öz qapısına qol vurub. Bu isə “mersisaydlılar”ın tarixinə Premyer Liqada vurulan 7000-ci qol kimi düşüb.

Qeyd edək ki, “Liverpul” hazırda Premyer Liqanın turnir cədvəlində 43 xalla 6-cıdır.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah