Sadio Mane: "Çempion olmaq mümkünsüzdür"

"Liverpul"un vingeri Sadio Mane İngiltərə çempionu olmaq üçün ümidlərinin qalmadığını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, seneqallı futbolçu onlar üçün bu mövsüm çempionluğun mümkün olmayacağını bildirib:

"Mövsümün əvvəlində Çempionlar Liqası, Premyer Liqa və digər kubokları qazanmaq arzusunda idik. Premyer Liqada bizim üçün hər şeyin bitdiyini söyləyə bilərəm. Çünki xal fərqi də böyükdür. Düzdür, özümüzü oyunlara motivasiya etmək üçün heç vaxt dayanmayacağımızı deyirik. Ancaq başa düşürük ki, çempionluq mümkünsüzdür. "Mançester Siti" möhtəşəm komandadır. Əsas hədəfimiz ilk 4-lükdə qərarlaşmaqdır.

Bundan əlavə, Çempionlar Liqasını qazanmaq bizim hədəfimizdir. Asan olmayacaq, çenki Avropanın ən yaxşı klublarını məğlub etmək məcburiyyətindəyik. Ancaq bunu bacarmaq istəyirik və turnirin qalibi olmağa çalışacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right